Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdədə yalan məlumat verən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.

RegionTV.info  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi rayon Hüsülü kənd sakini Zabil Əhmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki yeməkxanaların birində olarkən naməlum şəxs tərəfindən ona xəsarət yetirilməsi və 7600 manat pulunun ələ keçirilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanıılıb. Araşdırmalar zamanı Z.Əhmədovun 10800 manat məbləğində borclu olduğu və həmin borcu qaytara bilmədiyi üçün özünə xəsarət yetirərək 7600 manat pulunun oğurlanması görüntüsü yaratmaq məqsədi ilə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də