Əfqanıstandan təxliyə olunan Türkiyə sülhməramlılarının qayıdışı münasibətilə Ankarada tədbir təşkil olunub.
RegionTV.info xəbər verir ki, tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edib.
“Əsgərlərimiz Əfqanıstanda vəzifələrini uğurla yerinə yetirdi. Missiya boyunca 20 min dostumuz xidmət elədi. Təxliyələr gözləniləndən tez başladı. Tacikistan və Pakistanda əvvəlcədən yerləşdirdiyimiz 8 təyyarə ilə Kabil və İslamabad arasında hava körpüsü quruldu. 48 saatdan da az bir müddətdə personal və vətəndaşlarımız təxliyə edildi. Hava limanının fəaliyyətinin təmin edilməsində dəstək göstərməyə hazır olduğumuzu hamının bilməsini istəyirik”, - o qeyd edib.
Xəbəri paylaş