Türkiyədə 14 yaşlı oğlan ailəsini güllələdi.
RegionTV.info xəbər verir ki, dəhşətli hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, ailədə fındıq bağına getmək üstündə mübahisə yaranıb və bu zaman özündən çıxan 14 yaşlı uşaq polis olan atasının silahıyla anasını, nənəsini və böyük qardaşını öldürüb. Oğlanın atası isə ağır yaralanıb.
Əldə edilən məlumata görə, Tokatda polis işləyən ata evinə fındıq yığmaq üçün gəlib.
Xəbəri paylaş