Naməlum şəxslər hüquq-mühafizə orqanlarına Domodedovo hava limanında olan təyyarədə partlayış təhlükəsi olması barədə məlumat veriblər.
RegionTV.info xəbər verir ki, təyyarə Moskva-Gelencik reysi ilə uçmalı idi.
“Airbus A320” təyyarəsi qrafik üzrə yerli vaxtla saat 11:25-də havaya qalxmalı olsa da, reys təxirə salınıb. Hazırda daxil olan məlumat üzrə yoxlamalar həyata keçirilir.
Xəbəri paylaş