Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəmil Babayevə cinayət işi açıldı

RegionTV.info
Ermənilər Azərbaycan Ordusunun hərbçisinə qarşı cinayət işi açıb.
 
Avqustun 25-də hərbi qulluqçumuz Cəmil Babayev sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan Ağdərə qəsəbəsində saxlanılıb.
 
Separatçılar onun barəsində cinayət işi açıb.
 
Əraziyə nəzarət edən sülhməramlı kontingent məsələ ilə bağlı rəsmi mövqeyini açıqlamayıb.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. 
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də