Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ qasırğaya hazırlaşır

ABŞ-ın Luiziana ştatında bazar günü sahilə vuracağı gözlənilən, yaxınlaşmaqda olan “İda” qasırğası səbəbiylə təxliyə elan edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə “The Weather Channel” məlumat yayıb.

“Çox ciddi durumla üz-üzəyik”, - Luiziana qubernatoru Con Bel Edvards mətbuat konfransında deyib.

ABŞ Prezidenti Cozef Bayden ştatda federal səviyyədə fövqəladə vəziyyət elan edilməsinə razılıq verib. Yeni Orleanın bəzi bölgələrində də oxşar vəziyyətdir.

“Ağacları kökündən çıxara və elektrik enerjisinin verilməsində kəsilmələri uzada biləcək tropik fırtınalar və ya daha güclü küləklər olacağını gözləyirik”, - şəhərin Fövqəladə Hallar Departamentinin rəhbəri Kollin Arnold bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də