
RegionTV.info xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 240 953-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 812-ya yüksəlib.
Koronavirusa yoluxan 225 963 nəfər sağalıb. Hazırda 9026 pasiyent müalicə olunur.