Son günlər marketlərdə gizli qiymət artımı müşahidə olunur. Pandemiya dövründə ərzaq qiymətlərindəki bahalaşma insanların haqlı narazılığına səbəb olub. Marketlərdəki gizli bahalaşma sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olur.
RegionTV.info xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov açıqlama verib.
O bildirib ki, bahalaşma təbii haldır və bütün dünyada baş verir:
"Ən yaxın qonşumuz, qardaş ölkə Türkiyə və Gürcüstanda da belə hal baş verir. Bunun bir çox səbəbi var. Səbəblərdən biri pandemiyadır. Bilirsiniz ki, Azərbaycan bir çox məhsulları idxal edir. İdxal etdiyimiz ölkədə müəyyən istehsal xərcləri artıb, yol xərci artıb. Bu isə ümumi xərclərin artmasına səbəb olur.
Digər tərəfdən, komunal xidmətlər də bahalaşıb. İşıq, su və qazın qiymətinin artması da istehsal xərclərinə təsir edir. Söhbət yerli məhsullardan gedir. Bəzi çörəklərin qiyməti artıb. Taxıl əkin-biçim işlərində texnikalardan istifadə olunur, texnika isə dizel ilə işləyir. Təbii olaraq, yanacaqın qiyməti artıbsa, deməli, maya dəyəri də artıb. Həmçinin, əkin-biçimdə istifadə olunan və xaricdən gətirilən dərman preparatlarının qiymətində keçən illə müqayisədə artım müşahidə olunur.
Beləliklə, infilyasiya yaranmış olur. Keçən il 500 Azn maaş alan insana bu məbləğ bəs edirdisə, bu il bəs etmir. Lakin, təbii ki, ərzaqda artım olursa, maaş və pensiya məbləği də artır. Sadəcə təəssüflər olsun ki, gizli infilyasiya da mövcuddur. Bu isə çox təhlükəli haldır: birdən-birə fakt qarşısında qalırsan.
Məsələn, taxılın qiymətində gizli infilyasiya gedib. Biz taxılı ən çox Rusiya və Gürcüstandan idxal edirdik. Rusiya mart ayından etibarən buğda məhsullarına dövlət rüsumunu artırdı - hər tonuna görə 25 avro. Beləliklə, xərc artdı.
Qazaxıstanda taxıl o qədər ucuz idi ki, Özbəkistan və digər qonşu ölkələr özləri əkməyib, Qazaxıstandan alırdı. Təlabat artan kimi, Qazaxstan qiyməti bahalaşdırdı. Təbii olaraq, bu, bizə də təsir etdi.
Sadaladığım məsələlərin hamısı bir-biri ilə silsiləvi şəkildə əlaqəlidir".
Xəbəri paylaş