Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü yeri tutub

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

RegionTV.info  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.

Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də