
RegionTV.info xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib. Xəstəliyi ağır keçirən Kərimova virusa əhəmiyyət vermədiyindən yoluxduğunu və 16 gün ağır vəziyyətdə yatdığını bildirib:
“Bilirəm bir neçə gündür məndən narahat idiniz. Bu narahatlığa da əsasınız var idi. Allahın bu gününə çox şükr, sağ-salamatam... Sizlərdən çox uzaq idim. COVID-19- bəlası məndən də yan keçmədi.
16 gün idi virusa yoluxmuşdum. Koronavirusa əhəmiyyət vermədiyim üçün bu başıma gəldi. Ölümlə üz-üzə qaldım. Sağ olsun həkimim məni bu şirin həyatdan: öncə əzizlərimdən sonra da sizdən ayrılmağa qoymadı”.