Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.RegionTV.info xəbər verir ki, bu barədə xarici mətbuatdan verilən məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi - red) ilə toqquşması nəticəsində azı 22 nəfər boğulub.
Yerli hakimiyyət orqanlarının rəsmiləri ölənlərin sayının arta biləsəyini vurğulayıblar. Qeyd edilir ki, qəza zamanı 50-dən çox insan itkin düşüb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.


