
RegionTV.info xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanların episentri körfəzdə, Qlan bələdiyyəsindən 28 kilometr cənub-şərqdə, ocağı 63 kilometr dərinlikdə yerləşib.
Mütəxəssislər həmin rayonda təkrar təkanların mümkünlüyünü istisna etmirlər. Belə ki, ilk təkandan təqribən 27 dəqiqə sonra Qlan bələdiyyəsindən 6 kilometr məsafədə 2,3 bal gücündə ikinci təkan qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.