
RegionTV.info-nun məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, növbəti hava zərbələri nəticəsində cinayətkar təşkilatın daha 3 döyüşçüsü zərərsizləşdirilib.
Məlumata görə, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə keçirilib.
Bununla da son gün ərzində İraq ərazisində zərərsizləşdirilmiş terrorçuların ümumi sayı 7 nəfərə çatıb.
Türkiyə Müdafiə Nazirliyi daha əvvəl İraqın şimalında “Pençe Şimşek” əməliyyatı zonasında 4 terrorçunun zərərsizləşdirildiyini bildirib.