Fransa Müdafiə Nazirliyinin başçısı Florans Parli Əfqanıstandan təxliyənin tamamlandığını elan edib.
RegionTV.info xəbər verir ki, nazir bu barədə sosial şəbəkədəki hesabında yazıb.
"Avqustun 15-də respublika prezidentinin göstərişi ilə başlamış “Apagan” əməliyyatı bu axşam qurtarıb. İki həftədən az müddətdə Fransa hərbçiləri təxminən 3 min insanı, o cümlədən 2,6 min nəfərdən çox əfqanı təxliyə etdilər”, - nazir tvitterdə yazıb.
O, bildirib ki, Fransa təxliyə olunmuş əfqanları qəbul edib.
Fransa ordusunu baş qərargahı isə ölkənin sonuncu hərbçilərinin Əfqanıstanın paytaxtı Kabili cümə günü axşam saatlarında tərk etməsi barədə məlumat yayıb.
Qeyd edək ki, əcnəbi vətəndaşların, xarici missiyalarda çalışan əfqanların, ABŞ və digər NATO ölkələri hərbçilərinin təxliyəsi Kabildə yerləşən yeganə hava limanı vasitəsi ilə həyata keçirilir.
Xəbəri paylaş