Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden: “ABŞ koronavirusun mənşəyini müəyyənləşdirməyə davam edəcək”

Amerika kəşfiyyatının koronavirusun mənşəyi haqqında məruzəsinin dərcindən sonra ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar infeksiyanın ilk mənbəyini axtarmağa davam edəcək.

RegionTV.info  xəbər verir ki, Ağ Ev rəhbərinin bəyanatı Ağ Evin saytında dərc edilib.

"Biz bütün dünyada çox əzablara və ölümlərə səbəb olmuş epidemiyanın mənbələrini müəyyən etmək üçün mümkün olan hər şeyi edəcəyik. Biz bütün zəruri ehtiyat tədbirlərini qəbul edə bilək ki, bu təkrarlanmasın", - Bayden deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, virusun mənbəyi haqqında əsas informasiya Çin Xalq Respublikasındadır, amma rəsmi Pekin əvvəlki kimi COVID-19 mənşəyi haqqında informasiyanı gizlədir və pandemiyanın qurbanlarının davam edən artması fonunda beynəlxalq araşdırmaya mane olur.

"Pandemiya hələ yenicə başlayanda bizə Çindən dərhal bu informasiyanı almaq lazım idi. Cavablar bütün dünyaya lazımdır və mən onları almayınca sakitləşməyəcəyəm. Pandemiyalar dövlətlər arasında sərhəd tanımır və biz hamımız gələcək pandemiyaların qarşısını almaq üçün COVID-19-un necə yarandığını bilməliyik", - bəyanatda deyilir.

Bayden əlavə edib ki, ABŞ müttəfiqləri ilə Çinə təzyiqi göstərməyə davam edəcək ki, rəsmi Pekin bütün zəruri informasiyanı versin və COVID-19 yaranmasının səbəblərinin müəyyənləşdirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etsin.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də