Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdiyi təxribata görə bağlanan Gorus-Qafan yolu açılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Qərbi Zəngəzur əyalətinin qubernator müavini Narek Babayan profilində yazıb.
Azərbaycan bu yolun açılması üçün yalnız bir şərt irəli sürüb:
"Onlar (Azərbaycanı nəzərdə tutur - red.) yolun bu hissəsi boyunca ziqzaq bloklar quraşdırmaq istəyirlər. Qərarlarını isə mümkün təhdidlərdən qorunmaq istəyi ilə izah edirlər", - deyə N.Babayan qeyd edib.
Xəbəri paylaş