
RegionTV.info xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Salami şou"da qonaq olarkən deyib. Sənətçi Şuşa işğaldan azad edildikdən sonra ora gedib-getməməsi ilə bağlı sualı cavablandırıb.
Xuraman valideynlərə məsləhət də verib:
"Şuşanın alınmasını eşidəndə çox ağladım. Uşaqların yanında ağlamıram. Valideynlərə məsləhət görürəm ağlamasınlar. Bu uşağın özgüvənini azaldır. Amma həmin an göz yaşımı saxlaya bilmədim".
Bir vaxtlar sürətli avtomobil idarə etməsiylə tanınan ifaçı "Övladlarım doğulandan sonra sürətlə sürmürəm. Atasız, anasız böyüdüm. İstəmərəm uşaqlarım da eyni halı yaşasın" deyə, o, bildirib.