“Qripə qarşı peyvənd olunmaq COVİD-19 əleyhinə peyvənd olunmaq qədər vacibdir”.
RegionTV.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç deyib. O bildirib ki, bu ən azından bir virusla bağlı problemi həll etməyə kömək edəcək:
“Biz ötən il də qrip əleyhinə vaksin olunmağı tövsiyə edirdik. Baxmayaraq ki, təcrid və maska rejimi səbəbindən həmin vaxt qripə yoluxma az idi. Praktiki olaraq özümüzü, əhalini qorumalıyıq, çünki ikiqat epidemiya - qrip və COVID -19 - səhiyyə sistemi üçün çox çətin olacaq. Ən azı, bir virusla mübarizə aparmağımıza kömək edəcək bizə məlum bir peyvəndlə insanları qripdən qorumaq vacibdir”
Xəbəri paylaş