Rumıniya və Ukrayna dövlət başçılarının təyyarələri Moldovanın paytaxtı Kişineuya eniş edə bilməyib.
RegionTV.info xəbər verir ki, Kişineuda Moldovanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə rəsmi tədbir təşkil olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Klaus Verner İohannis də tədbirə dəvət olunublar.
Zelenskinin təyyarəsi Kiyevdən havaya qalxsa da, sıx duman səbəbindən Kişineuya eniş edə bilməyib.
Rumıniya Prezidenti isə eyni səbəbdən ümumiyyətlə Buxarest aeroportunu tərk edə bilməyib.
Xəbəri paylaş