Ermənistan Milli təhlükəsizlik xidmətinin Sərhəd qoşunları Azərbaycan sərhədçisinə hücum edən hərbi qulluqçunun şəxsiyyətini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Azərbaycan Dövlət Sərhəd Xidməti sərhəd postlarından birinə hücumla bağlı Ermənistan tərəfinə məlumat verib.
Xatırladaq ki, 25 avqust tarixində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun hücumuna məruz qalıb.
S.Ruslan əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
Xəbəri paylaş