
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su motorları, elektrik naqilləri (kabel), mis məftillər oğurladıqları müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
QALEREYA