Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.
RiaTV.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır.
Əlavə məlumat veriləcək.
***15:30
Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
RiaTV.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.
Xəbəri paylaş