“Hərbçilərimizin təxliyəsi davam edir”.
RegionTV.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə Atatürk Hava Limanındakı çıxışı zamanı deyib.
“Dünən Kabildə törədilən fəlakəti, terror hücumunu millət olaraq qınayırıq. Fəlakətlə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu, bölgədə və dünyada necə təhlükəli bir təşkilat olduğunu göstərir”, - o qeyd edib.
Ərdoğan Kabildən Türkiyə sülhməramlılarının təxliyəsinin davam etdirildiyini vurğulayıb.
Xəbəri paylaş