Gürcüstanda son sutkada koronavirusdan 73 nəfər ölüb Tarix: 27-08-2021, 14:41 Xəbərə baxış: 91 Gürcüstanda ötən sutkada koronavirusa 4 031 yeni yoluxma halı qeydə alınıb, 4 585 nəfər müalicə olunaraq sağalıb, 73 pasiyent vəfat edib.RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 536 202 nəfər yoluxub. Onların 473 502-si sağalıb, 7 101-i isə ölüb.