Beyləqanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Beyləqan rayonu ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Hüseynova Zəhra Bəhruz qızı ağır xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş