Bakıda gəncin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Şəbili Rəsul Şücaət oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş