Əfqanıstandan 360 Rusiya vətəndaşı evakuasiya edilib.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov məlumat verib.
Onun sözlərinə görə, “Taliban” Rusiya vətəndaşlarının çıxarılması ilə bağlı “çox yaxşı qarşılıqlı fəaliyyət” nümayiş etdirib.
“Əfqanıstanın paytaxtı Kabil şəhərindən 360 Rusiya vətəndaşı evakuasiya edilib. Rusiyalıların ölkədən çıxarılması zamanı “Taliban” çox yaxşı qarşılıqlı fəaliyyət nümayiş etdirib”, - o vurğulayıb.
Xəbəri paylaş