Finlandiya avqustun 27-dən etibarən Əfqanıstandan təyyarə ilə təxliyəni dayandıracaq və quru yolla təxliyə imkanlarını nəzərdən keçirəcək.
RegionTV.info xəbər verir ki, bu barədə “Yle” telekompaniyası məlumat verib.
Bildirilib ki, həmin vaxtadək təxliyəsi baş tutmayacaq şəxslərin Pakistan və İran kimi ölkələr vasitəsilə ölkədən çıxarılması planlaşdırılır.
Xatırladaq ki, Finlandiya Əfqanıstandan öz vətəndaşlarını, həmçinin Finlandiya hakimiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş əfqanları (cəmi 300 nəfərədək) təxliyə edir. Hazırda təxminən 170 nəfərin təxliyə üçün gözlədiyi bildirilir.
Xəbəri paylaş