Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

RegionTV.info
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir.

Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkar edilib.

Hazırda məbədə xeyli sayda yerli və xarici turist gəlir. Bu təbiət mənzərəsinin içərisində olan tikilinin möhtəşəmliyini seyr etmək üçün gələnlərin sayı günü-gündən artmaqdadır. Qazıntılar zamanı məbəddə müxtəlif əsrlərdə bərpa işlərinin aparıldığı ortaya çıxıb.

Tarixçi Faiq Sofiyev deyir ki, rəvayətə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq ərazidə keçmişdə Ay məbədi mövcud olub.

Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Məbəd dövlət tərəfindən qorunur.

Dəniz səviyyəsindən 590 metr yüksəklikdə yerləşən məbədin mühafizəsi və təmizliyi də məsuliyyət tələb edən bir işdir.

Qeyd edək ki, ildə iki dəfə olmaqla, may və noyabr aylarında Kürmük məbədi ətrafında Kürmükoba bayramı qeyd olunur.

Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, ay və su ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib.

Burada dinindən, inancından, milliyətindən asılı olmayaraq hər kəsə ibadət etmək üçün şərait yaradılıb. Kürmük məbədi həm də multikultural dəyərləri özündə birləşdirən tarixi bir abidədir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də