Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması mətbuat nümayəndələrinə qarşı zorakılıq edib.
RegionTV.info xəbər verir ki, bu barədə zorakılığa məruz qalan yerli “Tolonews” telekanalının jurnalisti Ziar Yaad özü məlumat verib.
“Taliblər” paytaxt Kabildəki Hacı Yaqub meydanında çəkiliş zamanı mənə və operator Baes Məcidiyə qarşı zor tətbiq ediblər”, - o söyləyib.
Jurnalistin sözlərinə görə, çəkiliş Əfqanıstanda işsizliyin miqyası barədə reportajla bağlı olub.
Xəbəri paylaş