Ermənistan parlamentində təmsil olunan müxalifət fraksiyaları hökumətin növbəti 5 il üçün nəzərdə tutulan fəaliyyət proqramının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etməyəcəklər.
RegionTV.info xəbər verir ki, qanunverici orqandakı hər iki müxalifət fraksiyası – “Hayastan” və “Şərəfim var” fraksiyaları analoji qərar qəbul ediblər.
Belə ki, “Hayastan” fraksiyasının rəhbəri, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın parlamentdəki çıxışından sonra bu addımın atılmasına qərar verilib.
Bildirilib ki, müxalif fraksiyalar həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanın yekun nitqini də boykot edəcəklər.
Xəbəri paylaş