Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Britaniyanın müdafiə naziri əfqanlara ölkədən quru yolla getməyi təklif edib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Əfqanıstanı təyyarə ilə ölkəni tərk edə bilməyən vətəndaşlar buna quru yolla cəhd edə bilər.

RegionTV.info  xəbər verir ki, bu barədə “Times” bildirib.

"Əgər mümkünsə mən başqa marşrutu nəzərdən keçirərdim. Əgər onlar üçüncü ölkəyə gedə biləcəklərini düşünürlərsə, onda bu, daha təhlükəsiz və daha yaxşı olardı. Mən onlara sərhədi keçməyə cəhd etməyi məsləhət görürəm", - Uolles deyib.

Daha əvvəl Britaniya Müdafiə Nazirliyi bildirib ki, avqustun 13-dən Əfqanıstandan ümumilikdə demək olar, 11,5 min insan təxliyə edilib.

Xüsusi halda xarici missiyalarla əməkdaşlıq etmiş əfqanlar "Taliban" hərəkatının hakimiyyətinə gəlməsindən sonra cəza qorxusu ilə ölkəni tərk etməyə çalışırlar. Onlar Kabil aeroportu vasitəsilə təxliyə edilirlər, ancaq təyyarə reyslərinə düşmək hamıya müvəffəq olmur. Qeyd edək ki, Əfqanıstandan bütün yerüstü sərhəd keçidlərinə “taliblər” nəzarət edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də