
RegionTV.info xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” portalı bildirib.
Yutubun fəaliyyətindəki nasazlıq barədə bildirənlərin təxminən 77 %-i qeyd edib ki, hostinqdə videolara baxışda problemlər mövcuddur. İstifadəçilərin 20 %-i yutubun ümumiyyətlə işləmədiyini qeyd edib, daha 3 % istifadəçi videoçarxların yüklənilməsində çətinliklərin olduğunu vurğulayıb.
“Downdetector”un məlumatına görə, instaqramda nasazlıqların yaranması haqqında bildirən sosial şəbəkə istifadəçilərinin 66 %-i xəbər lentinə baxışda problemlərlə üzləşib. İstifadəçilərin 18 %-i paylaşm edə bilməməkdən, daha 16 % istifadəçi isə sosial şəbəkəyə girişlə bağlı problemlərdən şikayət ediblər.