Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Venesuelada daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Venesuelanın qərbindəki Merida əyalətində uzun müddət davam edən leysan yağışlar nəticəsində Mokotis çayının daşması nəticəsində azı 17 nəfər həyatını itirib.

RegionTV.info-nun xəbərinə görə, bu barədə “El Nacional” qəzeti əyalətin qubernatoru Ramon Guevara istinadən məlumat yayıb.

"Biz hətta təsəvvür etmirdik ki, faciə belə miqyas alacaq", - o deyib. Qubernatorun məlumatına görə, həlak olanlar arasında həddi-buluğa çatmayan iki nəfər də var. Təbii hadisə nəticəsində daha 17 nəfər itkin düşmüş hesab edilir.

Gevara qeyd edib ki, daşqınlar onlarla binanı məhv edib, 1,2 mindən çox evə ciddi zərər dəyib. Regionda elektrik enerjisinin təchizatı və mobil əlaqədə problemlər müşahidə olunur.

Leysan yağışlar Venesuelanın paytaxtı daxil olmaqla, başqa regionlara da ziyan vurub. Çərşənbə axşamı ölkənin prezidenti Nikolas Maduro bildirib ki, hərbçilərin təbii hadisənin nəticələri ilə mübarizəyə cəlb olunmasını əmr edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də