Avqustun 26-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
RegionTV.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Avqustun 26-ı axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xəbəri paylaş