Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı - VİDEO

RegionTV.info
Son statistik göstəricilərə əsasən ölkəmizdə yoluxma sayındakı artımla əlaqədar bəzi xəstəxanalar fəaliyyətini yenidən koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir. Paytaxt və rayonlarda yerləşən ümumilikdə 20-dən çox xəstəxana COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.
 

Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar artıq bəzi xəstəxanalar yalnız koronavirus xəstələrini qəbul edir.
 
TƏBİB-dən verilən məlumata görə, paytaxtda 12, regionlarda isə 9 xəstəxana olmaqla ümumilikdə ölkə üzrə 21 xəstəxana -1 saylı Kliniki Şəhər Xəstəxanası, Yeni Klinika, Abşeron, Saray Modul tipli xəstəxanalar, Gəncə, Goranboy, Ağdaş, İmişli, Masallı RMX-lar və s. kimi xəstəxanalar COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.
 
Onlardan biri  "Semaşko" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdir. Artıq bir neçə gündür mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdirilir.
 
Paytaxtla yanaşı regionlarda da bəzi xəstəxanalar fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir.
 
TƏBİB-dən bildirildi ki, ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər yüksələ bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də