Kanadanın qadınlar və gender bərabərliyi üzrə naziri Maryam Monsef onlayn mətbuat konfransı zamanı “taliblər”i "bizim qardaşlarımız" adlandırıb.
RegionTV.info xəbər verir ki, bu barədə “Fox News” bildirib.
"Bu fürsətdən istifadə edərək, qardaşlarımıza, “taliblər”ə demək istəyirəm. Sizi Əfqanıstanda olan hər kəsin ölkədən təhlükəsiz və etibarlı şəkildə çıxmasını təmin etməyə çağırırıq", - Moncef deyib.
O “taliblər”i dərhal zorakılığı, soyqırımı və qadınların qətlini, həmçinin Əfqanıstanın tarixi binalar da daxil olmaqla, infrastrukturunun dağıdılmasını dayandırmağa çağırıb. Monsef “taliblər”ə sülhün saxlanılması üzrə danışıqlar masasına qayıtmağı təklif edib.
Qeyd edək ki, Kanadanın baş naziri Castin Tryudo ölkə hökumətinin Əfqanıstanda qanuni hakimiyyət kimi "Taliban"ı tanımaq niyyətində olmadığını deyib.
Xəbəri paylaş