İspaniyanın Valensiya muxtar əyalətində üçmərtəbəli yaşayış binası qismən dağılıb.
RegionTV.info xəbər verir ki, bu barədə “El Periodico” qəzeti bildirib.
Qəzetin məlumatına görə, hadisə Peniskola yaşayış məntəqəsində baş verib. Qeyd edilir ki, hazırda azı üç nəfər dağıntılar altındadır. Onlardan birinin yeri aşkarlanıb, amma həmin şəxsi çoxmənzilli binanın dağıntıları altından xilas etmək mümkün olmayıb.
Hadisə yerində yanğınsöndürmə xidməti və xilasedicilər işləyir.
Xəbəri paylaş