Türkiyə hərbçilərini Əfqanıstandan təxliyə edən təyyarə Kabildən havaya qalxıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
"Bu gün (dünən) bir təyyarə səmaya qalxıb. Türkiyə əsgərlərinin təxliyəsi 24 ya da 36 saat ərzində başa çata bilər", - İbrahim Kalın deyib.
O, bildirib ki, mülki mütəxəssislər Kabil Hava Limanında fəaliyyətlərini davam etdirə biləcəklər. "Bununla bağlı müzakirələrimiz davam edir", - əlavə edib.
Qeyd edək ki, Türkiyə dünəndən hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.
Ölkənin Milli Müdafiə Nazirliyi açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığını qeyd edib.
Xatırladaq ki, Türkiyə hərbçiləri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.
Xəbəri paylaş