
RegionTV.info xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarik mətbuat konfransında bildirib.
Stefan Dujarik baş katibin BMT-nin bölgədəki əməkdaşlarının təhlükəsizliyini qorunmasını və orda qalmaqla humanitar yardımları davam etdirilməsini vacib hesab etdiyini bildirib.
“Ötən gün BMT-nin Əfqanıstandakı nümayəndəliyinin əməkdaşları ilə onlayn görüş keçirdi. Bölgədəki BMT əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlərimiz davam edir. Artan humanitar dəstəyin qarşılanması üçün əməkdaşlarımızın bölgədə olması vacibdir. BMT-nin digər yüksək vəzifəli şəxsləri Əfqanıstan və digər üzv dövlətlərin nümayəndələri ilə sıx əlaqədədirlər”, - o əlavə edib.