Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Poliknikalarda yaranan sıxlıqla bağlı səhiyyə nazirliyi açıqlama yaydı – VİDEO

RegionTV.info
Poliklinikaların qarşısına yığılan onlarla insan vaksin sırası gözləyir.

Vətəndaşlar bildirir ki, onların onlayn növbə götürsələr də hələ də vaksin oluna bilməyiblər.

Poliklinikanın həkimi Gülnarə Əfəndiyeva bildirib ki, vətəndaşlar özləri belə sıxlıq olmasına səbəb olurlar.

“Biz vətəndaşlara deyirik ki, saat 9-10 arasına növbə götürənlər içəri girsin, qalanları çöldə dayansın, daha sonra 10-11 arası növbəsi olanlar içəri daxil olsun. Amma onlar bizi başa düşmək istəmir. Bir-birləri ilə mübahisə etməyə başlayır. Ona görə də belə sıxlıq yaranır” -deyə, həkim qeyd edib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinindən açıqlama verilib.

Nazirliyin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov bildirib ki, sonuncu brifinqdən sonra peyvənd məntəqələrinə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də