Türkiyə müxtəlif təmaslar, mövcud vəziyyət və şərtləri dəyərləndirərək Türk Silahlı Qvvələrinin Əfqanıstandan təxliyəsinə başlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir:
"ABŞ və NATO-nun Əfqanıstanı tərk edəcəkləri ilə bağlı açıqlamalardan sonra Türkiyə hər zaman ifadə etdiyi kimi "Əfqan xalqı nə qədər istəsə Türkiyə yanlarında olmağa davam edəcək", sözündən hərəkət edərək 6 ildir Kabil Beynəlxalq Hava limanının təhlükəsizliyini qorumağı üzərinə götürüb.
Bu çərçivədə hava limanında baş verən qarışıqlığa digər ölkə hərbçiləri ilə birgə müdaxilə edib, aeroportun təhlükəsizliyi və normal fəaliyyəti təmin edilib. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki vətəndaşımız təxliyə edilib. Müxtəif əlaqələr, mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin təxliyəsinə başlanılıb. TSQ ona həvalə olunan bu vəzifənin də öhdəsindən müvəffəqiyyətlə gələrək Vətənə geri dönür".
Xəbəri paylaş