Sumqayıtda azyaşlı dənizdə batdı
Tarix: 25-08-2021, 23:08 Xəbərə baxış: 76
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.RegionTV.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.