Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyəli məşhur aktyor vəfat etdi - FOTO

Türkiyəli aktyor Metin Çekmez dünyasını dəyişib.

RegionTV.info  xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən aktyor bu gün vəfat edib. Bu haqda Metin Çekmezin müalicə aldığı xəstəxanadan məlumat verilib.

Həkimlərin sözlərinə görə onun qəfildən vəziyyəti ağırlaşıb və vəfat edib.

Qeyd edək ki, Metin Çekmez 1945-ci ildə İstanbulda dünyaya gəlib. Yaradıcılığa 1962-ci ildə teatrda oynadığı "Hamlet" obrazı ilə başlayıb. Karyerası boyunca bir-birindən maraqlı filmlərdə və seriallarda müxtəlif obrazlar canlandırıb. “Sirlər dünyası”, “Ata”, “Min bir gecə”, "Adını Feriha qoydum" kimi məşhur ekran işlərində rol alıb.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də