Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
RegionTV.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 24-də ölkə üzrə 405 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küç., ev 292m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elburus oğluna məxsus “Şır-Şır" restoranı;
2. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 95 ünvanında yerləşən, hüquqi şəxs "Koala" MMC-yə məxsus restoran;
3. Bakı şəhəri,Səbail rayonu, Z. Əliyeva küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Fərid Təyyar oğluna məxsus “All Mood” kafesi;
4. Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Faxrəddin qızına məxsus “Kolorit” kafesi;
5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Kazımov İlqar Orucəli oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.
Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Xəbəri paylaş