
Koreya yarımadasında yeni müharibənin mümkün ssenarisi açıqlanıb.
ABŞ şirkəti RAND-ın hərbi analitikləri Şimali Koreyanın Cənubi Koreyaya 5 ssenari əsasında hücum edə biləcəyini açıqlayıb.
Birinci, Şimali Koreyanın Cənubi Koreyanın böyük bir sənaye obyektinə "beş dəqiqəlik hücum" variantıdır.
İkinci ssenaridə silahsız zonada bir dəqiqəlik hücum, üçüncüsündə - bənzər hücumun Seulun mərkəzinə edilməsidir.
Dördüncü və beşinci ssenariyə görə, ikinci və üçüncü ssenarilərdə adı keçən ərazilərə daha uzunmüddətli - saatlıq hücumlar ola bilər.
Qeyd edək ki, analitiklər bütün variantlarda tərəflərin artilleriyasının təxmini sayını, hücum ərazilərində əhalinin sıxlığını da hesablayıblar.