Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yol tikintisi sahəsində yeni dövlət standartı təsdiq edilib

Ölkədə istehsal olunan tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsi və tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” dövlət standartı qəbul edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət standartı tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Yeni standart avtomobil və dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərində özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair beynəlxalq tələbləri özündə əks etdirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də