Ermənistan parlamentində döyülən deputat xəstəxanaya yerləşdirilib Tarix: 25-08-2021, 13:40 Xəbərə baxış: 102 Ermənistan parlamentində bu gün baş verən insident zamanı xəsarət alan müxalif deputat Qeqam Nazaryan xəstəxanaya yerləşdirilib.RegionTV.info xəbər verir ki, bu barədə onun deputat həmkarı, müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan məlumat verib.Q.Manukyanın sözlərinə görə, Q.Nazaryan dava zamanı gözündən zədə alıb və Malayan tibb mərkəzinə yerləşdirilib.