Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabirabadda yaşadığı evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Sübhan Əliyevə COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib.

Lakin həmin şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.

S.Əliyev barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də