Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində 1 tondan çox narkotik aşkar edilib.
RegionTV.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisini aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş